London derbisində “topçular” “Tottenhem”ə dərs keçdilər - VİDEO

London derbisində “topçular” “Tottenhem”ə dərs keçdilər - VİDEO<span class="qirmizi"></span>

 

İngiltərə Premyer Liqasının səkkizinci turu çərçivəsində baş tutan “Arsenal” - “Tottenhem” matçında ev sahibləri böyük hesablı qələbə qazanıblar.

Oxu.Az xəbər verir ki, “Emireyts Stedium”da baş tutan qarşılaşmada hesab 20-ci dəqiqədə açılıb.

Belə ki, “topçular”ın heyətində Tomas Parti fərqlənib, 1-0.

Harri Keynin qolu isə özünü çox gözlətməyib. 31-ci dəqiqədə ingilis forvard penalti zərbəsindən hesabı bərabərləşdirib.

İkinci hissə başlar-başlamaz ev sahibi yenidən hesabda önə keçib. Qabriel Jesus adını taploya yazdırıb, 2-1.

62-ci dəqiqədə “Tottenhem”in sağ cinah yarımmüdafiəçisi Emerson kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Qarşılaşmanın 67-ci dəqiqəsində Qranit Jaka Martinellinin ötürməsini qola çevirərək ev sahiblərinin üstünlüyünü daha da artırıb, 3-1. Bu, oyunda vurulan son qol olub.

Bu qələbədən sonra “Arsenal” liderliyini möhkəmləndirib.

 

Mənbə: www.oxu.az