Fatih Terim İngiltərə klubunun baş məşqçisi olur

Fatih Terim İngiltərə klubunun baş məşqçisi olur<span class="qirmizi"></span>

Baş məşqçisi Şota Arveladze ilə yollarını ayıran "Hall Siti" klubu bu posta məşhur türkiyəli mütəxəssisi gətirməyə hazırlaşır.

Paralel.az offsideplus-a istinadla xəbər verir ki, Fatih Terim Çempionşip təmsilçisinin çalışdırıcısı olmağa yaxındır. Klubun sahibi, türkiyəli iş adamı Acun İlicalı 69 yaşlı mütəxəssisi komandasının "sükanı arxasında" görmək niyyətindədir. Məlumata görə, hazırda tərəflər arasında danışıqlar aparılır.

Qeyd edək ki, Fatih Terim son olaraq - 2017/2022-ci illər aralığında "Qalatasaray"ı çalışdırıb.

Mənbə: paralel.az