Kvaratsxeliya növbəti qolunu vurdu, "Napoli" qalib gəldi

"Napoli" İtaliya A seriyasının 8-ci turunda "Torino"nu qəbul edib.

Qol.az xəbər verir ki, matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. "Napoli"də Anqissa dubl edib, Xviça Kvaratsxeliya isə 1 qol vurub. Bu, Kvaratsxeliyanın A seriyasında 5-ci qolu olub.Gürcü futbolçu bu mövsüm ölkə çempionatında 2 qolun isə ötürməsini verib.

"Napoli" - "Torino" - 3:1
Qollar:Anqissa, 6 (1:0), 12 (2:0), Xviça Kvaratsxeliya, 37 (3:0), Sanabriya, 43 (3:1)

Bu qələbə ilə xalını 20-yə yüksəldən "Napoli" turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "Atalanta" 17 xalla (7 oyun) 2-ci, "Udineze 16 xalla (7 oyun) 3-cüdür.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya MN təsdiqlədi: Ukrayna Limanı və 5 məntəqəni ələ keçirdi

SONRAKI XƏBƏR

Kadırov taktiki nüvə silahından istifadənin tərəfdarı olduğunu açıqladı