Sinqapur Qran Prisini təsnifat mərhələsi keçirilib

Sinqapur Qran Prisini təsnifat mərhələsi keçirilib<span class="qirmizi"></span>

Bu gün “Marina Bay Circuit” avtodromu Sinqapur Qran Prisinin təsnifat mərhələsinə ev sahibliyi edib.

“Ferrari” pilotu Çarlz Lekler ən sürətli dövrəni vuraraq Formula 1 Dünya Çempionatının on yeddinci mərhələsinə qələbə ilə başlayıb. O, sabahki əsas yarışda ilk mövqedən start göterəcək.

Onun arxasında “Red Bull” pilotu Serxio Peres qərarlaşıb.

İlk üçlüyü isə birinci yerdən cəmi 0,054 saniyə geri qalan Lyuis Hemilton (Mercedes) tamamlayıb.

Mənbə: www.oxu.az