Kadi Borges: “Qolu qızıma həsr etdim, ilk dəfə məni izləyirdi”

Kadi Borges: “Qolu qızıma həsr etdim, ilk dəfə məni izləyirdi”<span class="qirmizi"></span>

“Bu gün qol vurub qızıma həsr etdim. Hisslərimi necə ifadə edəcəyimi bilmirəm”.

BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Kadi Borges deyib.

O, Azərbaycan Premyer Liqasının 8-ci turunda “Neftçi” üzərində 3:1 hesablı qələbə qazandıqları oyunda vurduğu qoldan danışıb:

“Qızım ilk dəfə məni izləməyə gəlmişdi. Ümid edirəm ki, ona çoxlu qollar həsr edəcəm”.

Mənbə: baku.ws