Azərbaycan Premyer Liqası: Turun sonuncu oyununda qalib müəyyənləşməyib

Azərbaycan Premyer Liqası: Turun sonuncu oyununda qalib müəyyənləşməyib<span class="qirmizi"></span>

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulub.

"Report"un məlumatına görə, günün ikinci matçında "Sumqayıt" "Kəpəz"i qəbul edib.

"Kapital Bank Arena"da oynanılan qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Gəncə təmsilçisinin heyətində Giorgio Kantaria 45-ci dəqiqədə penaltidən yararlana bilməyib.

Hazırda 4 xala malik komandalar 8-9-cu yerləri bölüşdürür.

Qeyd edək ki, günün ilk görüşündə "Sabah" səfərdə "Şamaxı"nı minimal hesabla yenib - 1:0. Turun əvvəlki oyunlarında "Qəbələ" səfərdə "Səbail"i 2:1, "Zirə" "Turan Tovuz"u 3:1, "Qarabağ" isə evdə "Neftçi"ni 3:1 hesabı ilə üstələyib.

Mənbə: report.az