"Qarabağ"ın rəqibi böyük hesabla uduzub

"Qarabağ"ın rəqibi böyük hesabla uduzub<span class="qirmizi"></span>

Fransa çempionatında 9-cu turun oyunları keçirilir.

Milli.Az matc.az-a istinadən bildirir ki, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan "Nant" da növbəti oyununa çıxıb.

Sözügedən komanda səfərdə "Monako" ilə qarşılaşıb. Beş qolun qeydə alındığı matçda qonaqlar darmadağına üzülüblər - 1:4. 62 dəqiqə ərzində 4 qol buraxan "Qarabağ"ın rəqibi yalnız 79-cu dəqiqədə rəqib futbolçunun avtoqolu ilə təsəlli tapıb.

"Nant" 9 turdan sonra 7 xalla 20 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb. "Qarabağ" bu rəqibini Bakıdakı ilk matçda 3:0 hesabıyla məğlub edib. İkinci matç isə oktyabrın 27-də Fransada baş tutacaq.

Milli.Az

Mənbə: news.milli.az