UEFA İndoneziyada stadionda zərərçəkənlərlə həmrəy olduğunu bildirib

UEFA prezidenti Aleksander Çeferin İndoneziyada stadionda baş verən hadisələrdən kədərləndiyini və zərərçəkənlərlə həmrəy olduğunu bildirib.

"Report" xəbər verir ki, bu barədə Çeferinin şərhini İtaliyanın “Calcionews24.com” portalı yazıb.

"Bütün Avropa futbolu adından İndoneziyada baş verən hadisələrlə bağlı dərin sarsıntımızı bildirmək istərdim. UEFA bu faciədən zərər çəkənlərin hamısı ilə həmrəy olduğunu bildirir", - Çeferin bildirib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Firuzəyi mavi sulara doğru uzanan sıldırımlı qayalarda yerləşən şəhər - FOTO

SONRAKI XƏBƏR

Makron da elçisini Bakıya göndərir - vasitəçi bolluğu nə verəcək?