Türkiyə Super Liqası: Mövsümün ilk İstanbul derbisi qolsuz başa çatıb

Türkiyə Super Liqası: Mövsümün ilk İstanbul derbisi qolsuz başa çatıb<span class="qirmizi"></span>

Futbol üzrə Türkiyə Super Liqasında 2022/2023 mövsümünün ilk İstanbul derbisi baş tutub.

"Report"un məlumatına görə, VIII tura təsadüf edən prinsipial oyunda "Fənərbağça" "Beşiktaş"ın qonağı olub. "Vodofon Park" stadionunda oynanılan görüşdə qapılara qol vurulmayıb.

Bu nəticədən sonra xallarını 15-ə çatdıran "qara qartallar" 6-cı, 14- xalı olan "bülbüllər" isə 7-ci pillədəki mövqeyini qoruyub.

Qeyd edək ki, turnir cədvəlinə 17 xalla "Başahşehir" başçılıq edir. "Adana Demirspor", "Konyaspor" və "Qalatasaray" da eyni xala malikdir.

Mənbə: report.az