Matyö Valbuena: "Qarabağ"a qarşı oynasam, əlimdən gələni edəcəyəm""

"Sabah mənim meydana çıxıb-çıxmamağım deyil, qələbə qazanmaq daha önəmlidir. Oynasam, qələbə üçün əlimdən gələni edəcəyəm".

"Report"un məlumatına görə, bunu "Olimpiakos"un futbolçusu Matyö Valbuena Yunanıstanda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl mətbuat konfransında deyib.

İlk turda məğlub olduqlarını xatırladan fransalı yarımmüdafiəçi bildirib ki, ilk xallarını qazanmaq üçün meydanda hər şeyi edəcəklər: "Tamamilə oyuna köklənmişik. Baş məşqçinin tapşırıqlarını səhvsiz yerinə yetirməyə çalışacağıq ki, istəyimizə çataq".

38 yaşlı oyunçu "Qarabağ"la matçda daha çox mübarizə aparmalı olduqlarını vurğulayıb: "Yaxşı komandamız var, yüksək səviyyəli futbolçularımız var. Doğru yoldayıq. Əzmlə çalışsaq, nəticə özü gələcək".

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Report.az

ƏVVƏLKİ XƏBƏR

“Aqilin istəyi ilə evləndim, sonradan arvadımla onun münasibətini öyrəndim”

SONRAKI XƏBƏR

4 şagirdli məktəbin müəllim-direktoru TƏƏSSÜRATLARINI danışır – Özəl