Avropa Kuboku: Azərbaycan komandaları ilk məğlubiyyətini alıb

Kişilərdən ibarət "Vüqar Həşimov" və qadınlardan ibarət "Odlar Yurdu" komandası Avstriyanın Mayrhofen şəhərində keçirilən Avropa Şahmat Klub Kubokunda növbəti oyunlarını keçirib.

"Report"un məlumatına görə, hər iki kollektiv III turda Rumıniyanın "Superbet" klubu ilə qarşılaşıb və uduzub. Bu, Azərbaycan təmsilçilərinin yarışda ilk məğlubiyyəti olub.

Kişilər

III tur

"Vüqar Həşimov" - "Superbet" (Rumıniya) - 2:4

Rauf Məmmədov - Vişvanatan Anand - 0,5:0,5

Kiril Şevçenko -Rixard Rapport - 1:0

Misrətdin İskəndərov - Boqdan Dayak - 0:1

Əhməd Əhmədzadə - Qukeş - 0:1

Ülvi Sadıxov - Qabriel Sarkisyan - 0,5:0,5

Xəzər Babazadə - Konstantin Lupulesku - 0:1

Qadınlar

"Superbet" (Rumıniya) - "Odlar Yurdu" - 2,5:1,5

İrina Bulmaqa - Günay Məmmədzadə - 0,5:0,5

Dinara Saduakkasova - Ülviyyə Fətəliyeva - 0,5:0,5

Yekaterina Atalik - Gülnar Məmmədova - 0,5:0,5

Marsel Efroimski - Xanım Balacayeva - 1:0

Report.az

ƏVVƏLKİ XƏBƏR

"Qarabağ" azarkeşləri stadiona mühafizə xidmətinin müşayiəti ilə gedəcək

SONRAKI XƏBƏR

Rusiya-Gürcüstan danışıqları başladı