Suarezin növbəti klubu bəlli oldu

Luis Suares karyerasını Milli Futbol Liqasında davam etdirəcək.

Karyerası ərzində “Liverpul”, “Barselona” və “Atletiko” (Madrid) kimi klublarda forma geyən hücumçu “Los Anceles Qalaksi”yə keçəcək.

Uruqvaylı yeni komandaya 2022-ci il dünya çempionatı başa çatdıqdan sonra qoşulacaq. Turnirin finalı dekabrın 18-də baş tutacaq.

35 yaşlı forvardın “Nasional”la müqaviləsi dünya çempionatının startına qədər davam edəcək.

Qeyd edək ki, bir müddət əvvəl Uruqvay klubunun prezidenti müqavilənin uzadılmayacağını bildirmişdi.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya bu ölkələrə neft satmayacaq

SONRAKI XƏBƏR

NATO Rusiyanın sualtı internet kabellərinə hücumuna hazırlaşır