Messi Çempionlar Liqasındakı rekordunu yenilədi

Messi Çempionlar Liqasındakı  rekordunu yenilədi<span class="qirmizi"></span>

Fransanın PSJ klubunun argentinalı hücumçusu Lionel Messi "Benfika" ilə matçda topu qapıya vuraraq Çempionlar Liqasındakı rekordunu yeniləyib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bununla da o, turnirdə qol vurduğu komandaların sayını 40-a çatdırıb.

"Benfika"ya vurduğu qolla Messi Çempionlar Liqasının 18 mövsümündə rəqib qapısına top göndərən yeganə oyunçu olmaqla növbəti rekorda imza atıb. O, 17 mövsümdə fərqlənən "Real Madrid"in hücumçusu Kərim Benzemanı qabaqlayıb.

 

Mənbə: news.milli.az