Erlinq Holann Çempionlar Liqasında yeni rekorda imza atıb

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Erlinq Holann UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

"Report"un məlumatına görə, 22 yaşlı hücumçu buna evdə Danimarka "Kopenhagen"inə 5:0 hesabı ilə qalib gəldikləri qrup mərhələsinin III tur oyununda nail olub.

Qarşılaşmada dubla imza atan forvard qitənin bir nömrəli klub turnirində meydana çıxdığı 22 görüşdə 28 dəfə fərqlənən ilk oyunçu kimi tarixə düşüb.

Holann Çempionlar Liqasında vurulan qol sayına görə braziliyalı Rivaldo və uruqvaylı Luis Suaresi geridə qoyub.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Həyat yoldaşım olmayandan sonra həyat necə davam edə bilər?” - Əməkdar artist

SONRAKI XƏBƏR

Balakəndə avtomobil 4 yaşlı qızı vuraraq öldürüb