Rusiyanın daha bir tanınmış idmançısı ölkəni tərk edib

Rusiyanın daha bir tanınmış idmançısı ölkəni tərk edib<span class="qirmizi"></span>

Rusiyanın idman gimnastikası üzrə dördqat Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Mariya Paseka ölkəsini tərk edib.

"Report"un məlumatına görə, 27 yaşlı atlet bu barədə sosial şəbəkə hesabında bildirib.

Paseka hazırkı dönəmdə Rusiyada özünü inkişaf etdirə bilməyəcəyini vurğulayıb.

Qeyd edək ki, Beynəlxalq Gimnastika Federasiyası 2022-ci ilin sonunadək Rusiya təmsilçilərinin yarışlarda iştirakına qadağa qoyub. Mariya Paseka 2012-ci ildə London Olimpiadasında gümüş və bürünc, 2016-cı ildə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iki bürünc medal qazanıb. Gimnast ikiqat dünya və üçqat Avropa çempionudur.

Daha əvvəl Rusiyanın sinxron üzgüçülük üzrə 5 qat Olimpiya çempionu Anastasiya Davidova da ölkəni tərk edib.

Mənbə: report.az