"Murov" klubu Polşaya yollanıb

Kişi voleybolçulardan ibarət “Murov” klubu Polşaya yollanıb.

Azərbaycan Voleybol Federasiyasından "Report"a verilən məlumata görə, 2022/2023 mövsümündə Azərbaycanı Çağırış Kubokunda təmsil edəcək Fərid Cəlalovun rəhbərlik etdiyi komanda oktyabrın 12-dək Polşanın Kialnarova şəhərində təlim-məşq toplanışı keçəcək.

Hazırlıq prosesində “Murov”un yerli klublarla bir neçə yoxlama matçı da planlaşdırılır.

Qeyd edək ki, “Murov” Çağırış Kubokunun 1/32 final mərhələsində Xorvatiya “Kitro Varazdin”i ilə üz-üzə gələcək. Hər iki oyun Bakıda keçiriləcək. Oktyabrın 19-dakı qarşılaşmada rəqib, ertəsi gün Azərbaycan təmsilçisi meydan sahibi sayılacaq. Hər iki matç saat 18:00-da başlayacaq.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya Belarusa 1.5 milyard dollarlıq kredit ayırır

SONRAKI XƏBƏR

Üçtərəfli bəyanatdan sonra mina partlaması nəticəsində 34 azərbaycanlı ölüb, həmin cinayətlərlə bağlı 35 nəfər axtarışa verilib