Azərbaycan millisi FIFA reytinqində irəliləyib

Azərbaycan millisi FIFA reytinqində 5 pillə irəliləyib.

"Report"un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu komanda hazırda 1146 xalla 123-cü sırada qərarlaşıb.

Buna yığmanın UEFA Millətlər Liqasında Slovakiyanı səfərdə 2:1, Qazaxıstanı Bakıda 3:0 hesabı ilə məğlub etməsi səbəb olub.

Üç pillə irəliləyən Türkiyə seçməsi 1460 xalla 45-ci yeri tutub. Siyahıya 1831 xalla Braziliya başçılıq edir.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda məsuliyyətə cəlb edilmiş ermənilərin ittiham olunduqları maddələr açıqlanıb

SONRAKI XƏBƏR

Umberto de Pretto: “Zəngəzur dəhlizi nəqliyyatçılar üçün alternativ marşrut yaradacaq”