A seriyası klubunda yeni baş məşqçi

A seriyası klubunda yeni baş məşqçi<span class="qirmizi"></span>

Marko Campaolonu istefaya göndərən "Sampdoriya"nın yeni baş məşqçisi müəyyənləşib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, A seriyası təmsilçisini Deyan Stankoviç çalışdıracaq. 44 yaşlı mütəxəssislə 2023-cü ilin 30 iyununadək müqavilə imzalanıb.

Qeyd edək ki, Stankoviç karyerası ərzində yalnız "Srvena Zvezda"nın baş məşqçisi olub. O, 2019-2022-ci illərdə Serbiya təmsilçisini çalışdırıb.

Əlavə edək ki, "Sampdoriya" A Seriyasında 8 turdan sonra 2 xalla 20-ci pillədə qərarlaşıb.

Mənbə: qol.az