Lionel Messinin qolu Çempionlar Liqasında həftənin ən yaxşısı seçilib

Lionel Messinin qolu Çempionlar Liqasında həftənin ən yaxşısı seçilib<span class="qirmizi"></span>

UEFA Çempionlar Liqasında qrup mərhələsinin III tur oyunlarından sonra həftənin ən yaxşı qolu açıqlanıb.

"Report"un məlumatına görə, bu ada Fransanın PSJ klubunun futbolçusu Lionel Messinin Portuqaliyada "Benfika" ilə matçdakı dəqiq zərbəsi layiq görülüb.

35 yaşlı hücumçu 22-ci dəqiqədə komandasını hesabda önə keçirib.

Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Mənbə: report.az