"Qarabağ"ın monteneqrolu yarımmüdafiəçisi "Olimpiakos"la oyunu buraxacaq

"Qarabağ"ın futbolçusu Marko Yankoviç Yunanıstanda "Olimpiakos"a qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur matçını buraxacaq.

"Report"un məlumatına görə, zədədən yenicə qayıdan monteneqrolu yarımmüdafiəçinin adı oyunun iştirak ərizəsindən çıxarılıb.

Qeyd edək ki, bu gün "Georgios Karaiskakis" stadionunda oynanılacaq "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Zelenski: NATO dərhal zərbə endirməlidir!

SONRAKI XƏBƏR

Zelenski NATO-nu Rusiyanın mümkün nüvə zərbəsinə qarşı qabaqlayıcı tədbirlər görməyə çağırdı