Qara Qarayev: "Azərbaycan futbolu ilə bağlı mifləri qırmaq istəyirik"

Qara Qarayev: "Azərbaycan futbolu ilə bağlı mifləri qırmaq istəyirik"<span class="qirmizi"></span>

"Azərbaycan futbolu ilə bağlı mifləri qırmaq istəyirik. Bizim ölkədəki komandalar futbol oynaya bilir. Bu anlayışı çatdırmağa çalışırıq".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Yunanıstanda "Olimpiakos"a 3:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin III oyunundan sonra Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

30 yaşlı oyunçu çətin səfərdə önəmli qələbələrdən birini qazandıqlarını bildirib: "Qarşılaşma bizim üçün ağır başladı. İlk hissədə rəqibin təzyiqləri var idi. Bizim də qol şanslarımız olmuşdu. Amma ümumilikdə oyunun gedişatı bizim nəzarətimizdə idi və ikinci yarıda qollarımızı vurduq. Parlaq və "Qarabağ"ın adına yaraşan qələbə oldu. Rəqibin kimliyindən asılı olmayaraq, daha cəsarətli oynamağa başlamışıq".

Qarayev komandada səfər və ev amilinin önəmli olmadığını diqqətə çatdırıb: "Hər yerdə öz futbolumuzu sərgiləmək istəyirik. Artıq rəqib komandalar bizi tanıyır. Bu, komandanı bir az narahat edə bilər. Bu səbəbdən işimizdə daha ciddi və məsuliyyətli olmalıyıq. Fikrimiz dünənki qalibiyyətdə qalsa, bundan sonra uğur qazana bilməyəcəyik".

Mənbə: report.az