“Olimpiakos” – “Qarabağ” oyununda TƏXRİBAT: Tribunadan Ermənistan bayrağı asıldı - FOTO

“Olimpiakos” – “Qarabağ” oyununda TƏXRİBAT: Tribunadan Ermənistan bayrağı asıldı - FOTO<span class="qirmizi"></span>

 

Xəbər verdiyimiz kimi, ötən gün Avropa Liqasının qrup mərhələsində “Olimpiakos” – “Qarabağ” oyununda 20-yə yaxın azərbaycanlı azarkeş “Olimpiakos”un fan-klubunun hücumuna məruz qalıb.

Bizim.Media xəbər verir ki, tribunada yunan azarkeşləri tərəfindən üzərində “Ermənistanın yanındayam" yazılmış Ermənistan bayrağı asılıb.

Qeyd edək ki, “Qarabağ” rəhbərliyinin müdaxiləsindən sonra azarkeşlər təhlükəsiz sektora yerləşdirilib.

Xatırladaq ki, “Olimpiakos” – “Qarabağ” matçı 0-3 hesabı ilə başa çatıb.

Bizim.Media

Mənbə: bizim.media