Şimali Makedoniya - Azərbaycan oyununun vaxtı dəqiqləşib

Şimali Makedoniya - Azərbaycan oyununun vaxtı dəqiqləşib<span class="qirmizi"></span>

Futbol üzrə Şimali Makedoniya və Azərbaycan yığmaları arasında keçiriləcək yoldaşlıq oyununun dəqiq vaxtı bəlli olub.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 20-də Skopye şəhərindəki “Todor Proeski Milli Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 16-da Kişineudakı "Zimbru" stadionunda Moldova ilə yoldaşlıq matçı keçirəcək.

Mənbə: report.az