"Formula 1": Maks Ferstappen həftəsonu ardıcıl 2-ci çempionluğunu rəsmiləşdirə bilər

"Formula 1": Maks Ferstappen həftəsonu ardıcıl 2-ci çempionluğunu rəsmiləşdirə bilər<span class="qirmizi"></span>

"Red Bull" pilotu Maks Ferstappen bu həftəsonu ardıcıl 2-ci dəfə "Formula 1" üzrə dünya çempionu ola bilər.

"Report"un məlumatına görə, niderlandlı sürücü Yaponiya Qran Prisində qalib gəlsə və ən sürətli dövrəyə sahib çıxsa, rəqiblərin nəticələrindən asılı olmayaraq, titula yiyələnəcək.

25 yaşlı pilot sürətli dövrə olmadan yarışı ilk pillədə bitirsə, çempionluq üçün "Ferrari"dən Şarl Leklerin 3-cü və daha aşağı sırada yer almasına ümid etməli olacaq.

Ferstappen 2-ci, 3-cü, 4-cü, 5-ci və ya 6-cı yeri tutaraq da istəyinə çata bilər. Bunun üçün də onun komanda yoldaşı Serxio Peres və Leklerin nəticələrinə baxılacaq.

Hazırda aktivində 341 xal olan Ferstappen pilotların yarış cədvəlində liderlik edir. "Ferrari"dən Şarl Lekler 237 xalla ikinci, "Red Bull"un digər pilotu Serxio Perez isə 235 xalla üçüncü sırada qərarlaşıb.

Qeyd edək ki, Yaponiya Qran Prisinin əsas yarışı oktyabrın 9-da gerçəkləşəcək. Maks Ferstappen 2021-ci ildə ilk dəfə dünya çempionatının qalibi olub.

Əlavə olaraq xatırladaq ki, 2023-cü ildəki Azərbaycan Qran-prisi 28 - 30 aprel tarixləri arasında keçiriləcək.

Mənbə: report.az