Azərbaycan əsilli Avropa çempionu: “Müharibəyə çağırış gələndə şoka düşdüm”

Azərbaycan əsilli Avropa çempionu: “Müharibəyə çağırış gələndə şoka düşdüm”<span class="qirmizi"></span>

“Xəbəri eşidəndə şoka düşmüşdüm. Təsəvvür edin, təyyarə yerə enir və deyirlər ki, sənə müharibəyə çağırış gəlib”.

“Report” “sport-express.ru”ya istinadən xəbər verir ki, bu sözləri fiqurlu konkisürmə üzrə Azərbaycan əsilli rusiyalı Avropa çempionu Dmitri Əliyev səfərbərliklə bağlı ona da çağırış gəlməsini şərh edərkən deyib.

Əliyev bildirib ki, əvvəlcə bu xəbərdən sarsılsa da, sonradan hər şeyi qanunauyğun şəkildə edib: “Evə getdim, bütün sənədləri hazırladım, daha sonra hərbi komissarlığa yollandım. Hazırda hər şey qaydasındadır. Sadəcə gedib qeydiyyatdan keçməli idim”.

Avropa çempionu qeyd edib ki, qəfildən belə xəbər almaq onun planlarını alt-üst edib: “Axşam saat 19:00-da sərbəst proqramla məşq edirsən, 22:00-da Sankt-Peterburqa uçmalısan və birdən sənə deyirlər ki, getməliyik. Qorxdum, amma məşqçilərlə hər şeyi müzakirə etdik, qanunlar çərçivəsində davrandıq. Sadəcə gəl, qeydiyyatdan keç dedilər. İndi rahat nəfəs almaq olar”.

Dmitri Əliyev “İdmançılar ordu sıralarında xidmət etməlidirlərmi?” sualını şərh etməkdən imtina edib: “Siz nə qədər cəhd etsəniz də, mən buna cavab verməyəcəm”.

Qeyd edək ki, ata tərəfdən Azərbaycan əsilli olan 23 yaşlı Dmitri Əliyev 2018-ci ildə Pxençxanda keçirilən Qış Olimpiya Oyunlarında 7-ci yer tutub. O, 2020-ci ildəki Avropa çempionatının qalibidir.

Mənbə: report.az