Avropa birinciləri vətənə qayıdıb - VİDEO

Avropa birinciləri vətənə qayıdıb - VİDEO<span class="qirmizi"></span>

İtaliyanın Montesilvano şəhərində yekunlaşan yeniyetmələr arasında Avropa birinciliyində ölkəmizi uğurla təmsil edən Azərbaycan millisi Vətənə qayıdıb. Yarışda 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan idmançılarımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Boks Federasiyasının üzvləri, Gənclər və İdman Nazirliyinin əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri və idmançıların ailə üzvləri qarşılayıblar.

Xatırladaq ki, Məhəmmədəli Qasımzadə 57, Emili Rzayeva 70 kq çəki dərəcəsində qızıl medal qazanıb. Məhəmmədəli Aşurəliyevlə Nərmin Əlizadə müvafiq olaraq 54 və 48 kq-da yarışı 2-ci pillədə bitiriblər. Aynur Mikayılova isə ağırlığı 50 kq-dək olan idmançıların mübarizəsində 3-cü yerə çıxıb. Nəticədə boksçularımız Avropa birinciliyində 3 ildən sonra qızıl, 6 ildən sonra isə 5 medal əldə ediblər.

REAL

 

Mənbə: www.realtv.az