Şeydayevin qol sevinci yunan azarkeşləri özündən çıxardı - Video

Şeydayevin qol sevinci yunan azarkeşləri özündən çıxardı -  <span class="qirmizi">Video</span>

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ”ın “Olimpiakos”a 3:0 hesabı ilə qalib gəldiyi oyunda gərgin anlar yaşanıb.

Matçın 86-cı dəqiqəsində baxımlı qol vuran ağdamlıların hücumçusu Ramil Şeydayev yunan azarkeşlərə tərəf qaçaraq qol sevincini qeyd edib.

Onun bu hərəkəti afinalı fanatları özündən çıxarıb. Nəticədə tərəfdarlar Ramilə yad əşyalar atıb.

Mənbə: qafqazinfo.az