Marselo "Qarabağ"la oyundan danışdı - FOTO

Marselo "Qarabağ"la oyundan danışdı - FOTO<span class="qirmizi"></span>

"Olimpiakos"un ulduz futbolçusu Marselo dünən gecə baş tutan "Olimpiakos"-"Qarabağ" matçı haqqında fikirlərini bölüşüb.

Braziliyalı futbolçu bu barədə özünün rəsmi instaqram hesabında yazıb.

"5 ay futbol oynamadıqdan sonra geri qayıtmaq asan deyil. Lakin formama dönəcəm. Bəhanələr etməyəcəm. Bu, gözlənilən debütüm olmadı, lakin getdikcə yaxşılaşacağıma əminəm", - deyə Marselo bildirib.

Qeyd edək ki, UEFA Avropa Liqasının qrup mərhələsində baş tutan qarşılaşmada "köhlən atlar" rəqibi 0-3 hesabı ilə məğlub edib.

BAKU.WS

Mənbə: baku.ws