"Qəbələ"nin şikayəti təmin edildi

"Qəbələ"nin şikayəti təmin edildi<span class="qirmizi"></span>

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Qəbələ"nin apellyasiya şikayətini təmin edib.

Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, AFFA İntizam Komitəsinin sentyabrın 23-də "Qəbələ"nin futbolçusu Rövlan Muradov və klub barəsində verdiyi qərar ləğv olunub.

AFFA İntizam Komitəsinin sentyabrın 23-dəki tarixli qərarına əsasən futbolçu barəsində verilən 2 oyunluq kənarlaşdırma cəzası və klub barəsində verilən 1600 (bir min altı yüz) AZN məbləğində cərimə cəzası ləğv edilib.

Qeyd edək ki, Misli Premyer Liqasının 7-ci turunda “Qəbələ” – “Sumqayıt” oyununun (1:0) 84-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Rövlan Muradov birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyun cəzalanmış, klub 1600 manat cərimə olunmuşdu.

Mənbə: qol.az