2022-ci ilin ən çox qazanan futbolçusu o OLDU

“Forbes” jurnalı dünyanın ən çox qazanan futbolçusunun adını açıqlayıb.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, jurnalın məlumatına görə, həmin futbolçu PSJ-nin hücumçusu Kilian Mbappedir.

23 yaşlı fransalı hücumçu 2022/23 mövsümü üçün 128 milyon dollar qazanacaq. Bunun 110 milyonu maaş, 18 milyon dolları sponsorluq müqavilələridir. PSJ hücumçusu Lionel Messi 120 milyon dollarla siyahıda ikincidir.

Üçüncü yerdə isə “Mançester Yunayted”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldodur (100 milyon dollar: 40 milyon + 60 milyon).

Həmçinin ən çox maaş alan futbolçular onluğunda aşağıda adları qeyd olunan futbolşular yer alıb:

4. Neymar (PSJ) - 87 milyon dollar (55 milyon + 32 milyon);

5. Mohamed Salah (Liverpul) - 53 milyon dollar (35 milyon + 18 milyon)

6. Erlinq Haaland (Mançester Siti) - 39 milyon dollar (35 milyon + 4 milyon);

7. Robert Levandovski (Barselona) - 35 milyon dollar (27 milyon + 8 milyon)

8. Eden Hazard (Real Madrid) - 31 milyon dollar (27 milyon + 2,5 milyon);

9. Andres İnyesta (Vissel Kobe) - 30 milyon dollar (25 milyon + 5 milyon)

10. Kevin De Bruyne (Mançester Siti) 29 milyon dollar (25 milyon dollar + 4 milyon dollar).

Manset.az

ƏVVƏLKİ XƏBƏR

Almaniya və Fransa İrana qarşı yeni sanksiyalara çağırıb

SONRAKI XƏBƏR

Ambulansların yoluna çıxan sürücüləri cərimə gözləyir - VİDEO