Polşalı baş məşqçi: "Azərbaycan millisi favoritlər siyahısındadır"

"Rəqib favoritlər siyahısındadır. Gələn ilin martında dogma meydanda keçirəcəyimiz görüşdə isə biz favorit kimi meydana çıxacağıq”.

"Report"un məlumatına görə, bunu futzal üzrə Polşa milli komandasının baş məşqçisi Blajey Korçinski Bakıda Azərbaycan yığmasına 3:4 hesabı ilə uduzduqları dünya çemionatının əsas seçmə mərhələ oyunundan sonra deyib.

44 yaşlı polşalı mütəxəssis matçın çətin alındığını bildirib: "Formalaşmış komandaya qarşı çıxış etdik. 5-6 futzalçımız zədəli olduğuna görə, Bakıya gətirə bilmədik. Oyun başa çatıb və bu görüşü unutmalıyıq. Azərbaycanla Polşada da oyunumuz var".

Report.az

ƏVVƏLKİ XƏBƏR

Niderland vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırıb

SONRAKI XƏBƏR

Adına bir neçə telefon nömrəsi olanları bu təhlükə gözləyir - Əhalinin NƏZƏRİNƏ