Yaponiya millisinin futbolçuları bu hərəkətləri ilə diqqət çəkdi - FOTO

Yaponiya millisinin futbolçuları bu hərəkətləri ilə diqqət çəkdi - FOTO<span class="qirmizi"></span>

Yaponiya millisinin futbolçuları DÇ-2022-nin qrup mərhələsinin ilk turunda Almaniya ilə oyundan (2:1) sonra növbəti dəfə mükəmməl nizam-intizamlı davranışları ilə diqqət çəkiblər.

Qol.az xəbər verir ki, onlar paltardəyişmə otağını səliqə ilə yığışdırıblar. Həmçinin futbolçular kağızdan qu quşları düzəldərək stolun üstünə qoyublar. Onlar Qətərdə keçirilən dünya çempionatının təşkilatçılarına təşəkkür məktubu yazmağı da unutmayıblar. Üstəlik futbolçular ərəbcə qeyd yazıblar.

Sosial şəbəkələrdə almanlarla oyundan sonra Yaponiya millisinin paltardəyişmə otağından fotolar yayılıb. Onların addımı azarkeşlər tərəfindən təqdirəlayiq hərəkət kimi qarşılanıb.

Həmin şəkilləri təqdim edirik:

Mənbə: qol.az