“Mingəçevir” klubu tarixində ilk dəfə kubok matçında meydana çıxıb

“Mingəçevir” klubu tarixində ilk dəfə kubok matçında meydana çıxıb<span class="qirmizi"></span>

Futbol üzrə Azərbaycan kuboku yarışının səkkizdəbir final mərhələsi daha bir klubun turnirdə debütü ilə əlamətdar olub. “Mingəçevir” tarixində ilk dəfə kubok matçında meydana çıxıb.

AZƏRTAC Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, “Zirə”ni qəbul edən bölgə təmsilçisi bu qarşılaşmada 0:2 hesabı ilə uduzub. Mingəçevirin eyniadlı klubu ölkə kuboku yarışının 30 illik tarixinə bu yarışda iştirak edən 154-cü komanda kimi düşüb.

Cari mövsümədək 153 klub kubok yarışında qüvvəsini sınayıb. Yalnız “Neftçi” 31 mövsüm bu turnirdə mübarizə aparıb.

 

Mənbə: azertag.az