Bacco məhşur penaltini hələ də unutmur

Bacco məhşur penaltini hələ də unutmur<span class="qirmizi"></span>

Roberto Bacco 1994-cü ildə Braziliya ilə dünya çempionatının finalında penalti vura bilməməsindən danışıb.

Hücumçu oyunsonrası seriyada italyanların son zərbəsini vurdu və topu qapıdan xeyli yuxarı göndərdi. Bununla da seriya bitdi və Braziliya tarixində dördüncü dəfə dünya çempionu oldu.

“Mən qapıçını əks istiqamətə göndərmək istəyirdim, amma bilirdim ki, o, məni öyrənib və əvvəllər heç vaxt vurmadığım üsülla zərbə endirməyə çalışdım.Mən topu  güclü zərbə ilə tirin altına vurmaq istədim və nəticədə top göyə uçdu. Bir zərbə ilə həm Dünya Kubokunu,həm "Qızıl top"u itirdim.Belə hadisələri yaddaşdan silmək olmur.

Mənbə: aqreqator.az