Qaret Beyl Uels millisinin tarixinə düşüb

ABŞ-ın "Los-Anceles" klubunda çıxış edən Qaret Beyl Uels millisinin tarixinə düşüb.

"Report"un məlumatına görə, 33 yaşlı hücumçu buna Qətərdə təşkil olunan dünya çempionatında İrana seçməsinə qarşı II tur oyununda meydana çıxmaqla nail olub.

Beyl yığmada 110-cu matçında iştirak edir. O, komanda yoldaşı Kris Qanteri (109) geridə qoyub.

Qeyd edək ki, Kris Qanter DÇ-2022 üçün yığmaya çağırılsa da, hələlik meydana çıxmayıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Molla rejimi üçün son başladı – İrana "Ərəb baharı" mesajı

SONRAKI XƏBƏR

İran milli yığmasına rejim qüvvələrindən xəbərdarlıq: Ən tanınmış futbolçu həbs olundu - FOTO