Ronaldu Robben və Messini qabaqladı - tarixdə 7-ci dəfə

Ronaldu Robben və Messini qabaqladı - tarixdə 7-ci dəfə<span class="qirmizi"></span>

Portuqaliya millisinin üzvü Kriştianu Ronaldu dünən daha bir rekord müəyyənləşdirib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, 37 yaşlı hücumçu DÇ-2022-nin ilk turunda Qanaya qarşı keçirilən matçın ən yaxşı futbolçusu seçilməklə mundiallar tarixində bu mükafata ən çox sahib olan oyunçuya çevrilib.

Ulduz futbolçu bu ada 7 dəfə layiq görülüb.

O, bu göstəricidə Aryen Robben (Niderland) və Lionel Messini (Argentina) qabaqlayıb. Adları çəkilənlər 6 dəfə analoji uğura nail olub.

Qeyd edək ki, Portuqaliya Qananı 3:2 hesabı ilə məğlub edib.

Milli.Az

Mənbə: news.milli.az