İran futbolçuları dövlət himnini oxuduqlarına görə fitə basıldılar

 

DÇ-2022-nin 2-ci turunda hazırda Uelslə qarşılaşan İran millisi azarkeşlər tərəfindən fitə basılıb. AzVision.az xəbər verir ki, futbolçular oyundan əvvəl səsləndirilən ölkələrinin himnini oxuyublar. Azarkeşlər buna etiraz olaraq komandanı fitə basıb.

Məsələ burasındadır ki, komanda ik turda etiraz əlaməti olaraq dövlət himnini oxumamışdı. Onlar bu jestlə 22 yaşlı Məhsa Əmininin çarşabını çıxardığı üçün polislər tərəfindən öldürülməsinə etiraz etmişdi. Futbolçuların bugünkü oyunda himni oxuması isə azarkeşlərin xoşuna gəlməyib.


 

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Ekspertiza təsdiqlədi: Saakaşvili zəhərlənib

SONRAKI XƏBƏR

Emin Əmrullayev: "1654 bağçada 116 min uşaq üçün yer var"