Ağcabədidə poliatlon çoxnövçülüyü üzrə rayon turnirinin qalibləri müəyyənləşib

Ağcabədidə poliatlon çoxnövçülüyü üzrə rayon turnirinin qalibləri müəyyənləşib<span class="qirmizi"></span>

 

Ağcabədi, 25 noyabr, AZƏRTAC

Ağcabədidə gənclər arasında “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə keçirilən rayon turnirinin qalibləri müəyyənləşib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon Gənclər və İdman İdarəsinin və Ağcabədi Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 12 komanda iştirak edib. Gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalan yarışda “Birlik” komandası birinci, “Zirvə” komandası ikinci, “Zəfər” komandası üçüncü yerə layiq görülüb. Qalib komandalar Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.

Mənbə: azertag.az