Azərbaycan basketbolunda daha bir ilk

Azərbaycan basketbolunda daha bir ilk<span class="qirmizi"></span>

Azərbaycan basketbol tarixində ilk dəfə olaraq bir region komandası çempionat oyununu doğma divarlar arasında keçirəcək.

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycan Basketbol Liqasında 7-ci turun bağlanış oyununda yerli "Olimpik Şəki BK" komandası Şəki Olimpiya İdman Kompleksində, paytaxt klubu "Sabah BK" basketbolçularını qəbul edəcək. Qarşılaşma 27 noyabr saat 15:00 -da start götürəcək. Oyunu aşağıdakı link vasitəsilə canlı izləyə bilərsiniz.

Qeyd edək ki, "Olimpik Şəki BK" basketbolçuları çempionatın qarşıdakı bütün ev oyunlarını Şəkidə keçirəcək. Bundan əlavə, Gəncə və Astara İdman Komplekslərində tamamlanma işləri yekunlaşdıqdan sonra adları çəkilən yerli komandalar da, öz ev oyunlarını doğma azarkeşlər önündə keçirəcəklər.

Mənbə: sia.az