Məşhurlaşan bayraq stadiona buraxılmadı

Məşhurlaşan bayraq stadiona buraxılmadı<span class="qirmizi"></span>

DÇ-2022-nin Uels - İran matçından əvvəl iranlı azarkeşlərin üzərində “Qadın. Azadlıq. Həyat" sözləri yazılan bayrağı arenaya buraxılmayıb.

Qol.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb. Matçın keçirildiyi "Ahmed bin Ali" stadionunun mühafizə xidməti həmin bayrağın içəri keçirilməsinə icazə verməyib.

Qeyd edək ki, bu bayraq 22 yaşlı tələbə Məhsa Əmininin ölümündən sonra İranda intensivləşən etiraz hərəkatının simvoluna çevrilib. “Çempionat.com” saytı xəbər verir ki, mühafizəçi heç bir izahat vermədən bayrağı iranlı kişinin əlindən əlıb və geri qaytarmayıb.

Qeyd edək ki, İran millisi bu gün Uelsə 2:0 hesabı ilə qalib gəlib.

“Qadın. Azadlıq. Həyat" sözləri yazılan bayraq 1-ci turun İngiltərə - İran oyununda

Mənbə: qol.az