Alman futbolçular Yaponiya ilə oyun öncəsi siyasi jestləri müzakirə ediblər

 

Almaniya yığmasının ulduz futbolçuları Qətərdə keçirilən dünya çempionatında Yaponiya ilə oyun öncəsi siyasi jestləri müzakirə ediblər.

Belə ki, Almaniya millisinin yeddi ulduz oyunçusu matçdan qabaq Dohadakı oteldə görüş keçiriblər. Görüşdə Manuel Noyer, İlkay Gündoğan, Yoşua Kimmix, Leon Qoretska və Tomas Müller iştirak ediblər.

Onlar etiraz əlaməti olaraq Yaponiya ilə oyunda istifadə edilə biləcək jestləri və rəmzləri bir saat ərzində müzakirə ediblər. Nəticədə oyunçuların çoxu qərara gəliblər ki, komanda halında şəkil çəkdirərkən ağızlarını örtməlidirlər.

Bununla belə, bəzi gənc futbolçular bu cür aksiyalarda iştirak etməməyə üstünlük veriblər. Xatırladaq ki, Yaponiya ilə oyun almanların 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Mənbə: Sport1.de

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanlı kişi müğənni liposaksiya etdirdi

SONRAKI XƏBƏR

"Protiv" gedən "Prado" sürücüsü: 90-ZV-633 - VİDEO