Dünya Oyunları: Azərbaycan para-üzgüçüsü gümüş medal qazanıb

Azərbaycan para-üzgüçüsü Əli Vəliyev Portuqaliyanın Vila Real de Santo Antonio şəhərində keçirilən Beynəlxalq əlil arabası istifadəçiləri və amputant idmançıların Dünya Oyunlarında gümüş medal qazanıb.

Milli Paralimpiya Komitəsindən "Report"a verilən məlumata görə, o, sərbəst üzmə növündə 1:07:90 nəticə göstərərək 2-ci yerə sahib çıxıb.

Qeyd edək ki, Əli Vəliyev milli komandanın üzvü, uşaq paralimpiya hərəkatının yetirməsidir.

Report.az

ƏVVƏLKİ XƏBƏR

FHN-in Bakı Regional Mərkəzinin təşəbbüsü ilə Xətai Rayon İcra Hakimiyyətində müşavirə keçirilib

SONRAKI XƏBƏR

“Manga” Bakıda jurnalistlərə AÇIQLAMALAR verdi - VİDEO