İtaliyalı jurnalist Massimo Françi Qətərdəki dünya çempionatını təşkilat baxımından 4 il əvvəl Rusiyada keçirilən dünya çempionatı ilə müqayisə edib.
Jurnalistin sözlərinə görə, Qətərdəki turnir Rusiyadakından qat-qat yaxşı təşkil olunub.
"Qətərdə hər şey Rusiyadakından daha yaxşıdır - təşkilatçılıqdan tutmuş futbola qədər burada heç bir problem yoxdur" deyə Franchi bildirib.
Xatırladaq ki, daha əvvəl Beynəlxalq Futbol Federasiyasının Şurası Rusiyada keçirilən dünya çempionatını turnirin tarixində ən yaxşısı kimi tanıyıb.