Argentina ölüm dirim oyununa çıxacaq

Argentina ölüm dirim oyununa çıxacaq<span class="qirmizi"></span>

2022-ci il dünya çempionatına Səudiyyə Ərəbistanının məğlubiyyəti ilə başlayan Argentinada baş məşqçi Lionel Skaloni və oyunçulardan Lautaro Martinez Meksika matçından əvvəl təşkil edilən mətbuat konfransında açıqlamalar verib.
Skaloni bildirib ki, oyun sisteminə güvənir, lakin Meksikaya qarşı bir neçə dəyişiklik edə bilər. 
Lautaro Martinez Meksika matçının əhəmiyyətinə diqqət çəkərkən, "Bizim üçün final kimi bir matç olacaq. Səudiyyə Ərəbistanına məğlubiyyətimiz bizi məyus etdi, amma biz yenidən bir araya gələ biləcək komandayıq. Sakitləşib sağalmalıyıq. Həmin matçı öz səhvlərimizə görə uduzduq.Növbəti matçımıza hazırıq”deyib.

Mənbə: aqreqator.az