Şahzadə: "Ronaldo və Messini liqamızda görmək istərdim"

Səudiyyə Ərəbistanının idman naziri Şahzadə Əbdüləziz ibn Turki Əl Faysal Kriştiano Ronaldo və Lionel Messinin ölkəsinin klublarında oynamasını istəyir. AzVision.az xəbər verir ki, o, bu barədə "Sky Sports"a açıqlamasında deyib:

“Kim istəməz ki, Ronaldonu? Ronaldo və Messi gənclər üçün bir nümunədir. Onların hər ikisini və digər ən yaxşı oyunçuları Səudiyyə Ərəbistanı liqasında görmək istərdim. Bu, həyata keçirdiyimiz proqramları gücləndirəcək və liqanın güclü olduğunu göstərəcək”.


 

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ bura bizim nəzarətimizdədir desə də, biz... - Akar

SONRAKI XƏBƏR

Bakının mərkəzində avtomobillərin hərəkəti iflic oldu - FOTO/VİDEO