Həftəyə yarım milyon alır, deyir ki, azdır

Həftəyə yarım milyon alır, deyir ki, azdır<span class="qirmizi"></span>

“Mançester Siti”nin və Belçika millisinin yarımmüdafiəçisi Kevin De Bröyne futbolçuların yüksək maaşı haqda danışıb.

Publika.az xəbər verir ki, Kevin yüksək məvacib almalarının normal olduğunu bildirib. O, “The Guardian”a açıqlamasında belə deyib:

“Maaşım çox yüksəkdir? Yox. Bunu 60 min insanın iştirak etdiyi konsertdə çıxış edən sənətçi ilə müqayisə edirəm. Mən buna məntiqlə baxıram. Milyonlarla insan televizorda futbola baxır, 60 min insan da stadionda. Klubun gəliri 500-600 milyon funt sterlinqdir.

 

Bəli, bu, çox puldur. Həddindən artıq çoxdur? Əgər klubun gücü çatırsa, o qədər də çox deyil. Düzdür, ən populyar cavab deyil, amma mən bunu belə görürəm”.

Mənbə: publika.az