"Mən yaxşı olsam, Belçika dünya çempionu ola bilər”

"Mən yaxşı olsam, Belçika dünya çempionu ola bilər”<span class="qirmizi"></span>

Belçika millisinin kapitanı Eden Hazard DÇ-2022-nin qrup mərhələsinin 2-ci turunun Mərakeşlə oyun öncəsi durumu haqda danışıb.

Qol.az L'Equipe" nəşrinə istinadən xəbər verir ki, o, bərpasının yaxşı getdiyini deyib: "Qətərdə milli komandanın tibb işçiləri, yaxşı işləyən fizioterapevtləri var. Komanda olaraq daha yaxşı olacağıq. Kanada ilə oyunda özümü yaxşı hiss edirdim. Mən oynamaq istəyirəm və bu, ən vacib şeydir. Həmişə demişəm ki, nə qədər çox oynasam, bir o qədər yaxşı hiss edirəm. Düşünürəm ki, hər matçda iştirak etməliyəm ki, komanda ilə uğur qazanaq. Əgər mən yaxşı olsam, Belçika dünya çempionu ola bilər”.

Qeyd edək ki, DÇ-2022-nin qrup mərhələsinin 2-ci turunda sabah keçiriləcək. Belçika - Mərakeş oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Mənbə: qol.az