DÇ-2022: Avstraliyalı futbolçu Qətərdəki mundialın tarixinə düşüb

DÇ-2022: Avstraliyalı futbolçu Qətərdəki mundialın tarixinə düşüb<span class="qirmizi"></span>

Avstraliyalı millisinin futbolçusu Mitçell Dyuk Qətərdə keçirilən dünya çempionatının tarixinə düşüb.

"Report"un məlumatına görə, Tunisə qarşı D qrupunun II tur matçında hesabı açan 31 yaşlı hücumameylli yarımmüdafiəçi aşağı liqa klubunda oynayıb mundialda qol vuran ilk oyunçu olub.

Hazırda Yapniyanın II Liqa təmsilçisi "Facano Okayama"da forma geyinən vinger 23-cü dəqiqədə fərqlənib.

Qeyd edək ki, Avstraliya millisi məhz Mitçell Dyukun vurduğu yeganə qolla qələbə qazanıb.

Mənbə: report.az