“Beşiktaş” Ronaldunu bəyənmədi

“Beşiktaş” Ronaldunu bəyənmədi<span class="qirmizi"></span>

"Beşiktaş"ın baş məşqçisi Şenol Günəş portuqaliyalı futbolçu Kriştianu Ronaldu ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az matc.az-a istinadən bildirir ki, türkiyəli mütəxəssis "Mançester Yunayted"in keçmiş hücumçusu ilə müqavilə imzalamaq üçün heç bir cəhd etməyəcəyini söyləyib.

"Komandamız qış transfer dövründə heyətə yeni futbolçu götürməyəcək, hazırkı heyətlə davam edəcək. Ronalduya gəlincə, klub belə bir oyunçunu qəbul edə bilməz" - deyə, Günəş bildirib.

Milli.Az

Mənbə: news.milli.az