"İstəyirsinizsə, telefonunuzu götürün, Messi ilə şəkil çəkdirin"

"İstəyirsinizsə, telefonunuzu götürün, Messi ilə şəkil çəkdirin"<span class="qirmizi"></span>

Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi Erve Renar DÇ-2022-nin ilk turunda Argentina ilə matçın fasiləsi zamanı futbolçularına motivasiya verməsi ilə gündəmə gəlib.

Qol.az xəbər verir ki, Argentinanın 1:0 hesablı qələbəsi ilə yekunlaşan ilk hissənin ardından mütəxəssis paltardəyişmə otağında çılğın şəkildə danışıb. Bu danışıqdan sonra Səudiyyə Ərəbistanı millisi Argentinanın qapısına 8 dəqiqəyə 2 qol vurub və qələbə qazanıb.

Bəs, Erve Renar oyunçulara hansı sözləri deyib? Onun dediklərini təqdim edirik:

“Bizim burada nə işimiz var? Bu təzyiq o demək deyil ki, siz həmişə yalnız yüksəkdəsiniz. Messi meydanın ortasındadır, topa sahibdir, siz isə onun qarşısında dayanırsınız! İstəyirsinizsə, telefonunuzu götürün və Messi ilə şəkil çəkdirin! Heç nə hiss etmirsiniz? Hiss etmirsiniz ki, biz uduza bilərik? Onlar çox rahat oynayırlar. İrəli! Bu, dünya çempionatıdır! Gücünüzün hamısını ortaya qoyun! Cərimə meydançasına yaxınlaşdığınız zaman kəskinliyinizi göstərin! Gəlin!"

Səudiyyə Ərəbistanı yığmasının yarımmüdafiəçisi Abdulela Əl-Maliki isə Erve Renarın çıxşından heyrətlənib. O bildirib:

"Baş məşqçi fasilə zamanı bizi motivasiya etdi. O, elə daışdı ki, çıxıb meydançadakı otu yeməyə belə hazır idik. Onun sözlərindən sonra ağladım. And içirəm. Baş məşqçi bizi o qədər motivasiya etdi ki, 2-ci hissənin başlamasını gözləyə bilmirdik”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı millisi hazırda DÇ-2022-də 2-ci tur oyununu keçirir. Komanda Polşa ilə qarşılaşır. İlk hissəsi davam edən matçda hesab 0:0-dır.

Mənbə: qol.az